GÜNDƏM
Lisenziyası ləğv edilən məşhur klinika fəaliyyətini necə davam etdirir?
Lisenziyası ləğv edilən Medicare Klinikası fəaliyyətini davam etdirir.
Bu barədə klinikadan məlumat verilib.
Bildirilib ki, hazırda həkimlər iş başındadırlar.
Qeyd edək ki, aprelin 9-da Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib. Buna səbəb isə klinikada lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması olub.
Klinikanın lisenziyasının ləğv olunmasına baxmayaraq, fəaliyyətini necə davam etdirdiyi isə müəmmalıdır.
Xatırladaq ki, qanunvericiliyə görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.