Azad Media Susdurula Bilməz!
DİN Göyçaydakı qətllə bağlı məlumat yaydı
GÜNDƏM

DİN Göyçaydakı qətllə bağlı məlumat yaydı

Bakufakt.az xəbər verir ki, məlumatda deyilir:

Göyçay Rayon Polis Şöbəsinə fevralın 22-də saat 21 radələrində Mırtı kənd sakini 43 yaşlı Cavanşir Şükürovun öldürülməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Çayarxı kəndi ərazisində yerləşən kafedə Şəkər kənd sakini Nicat Əliyevin sərxoş halda münaqişə zəminində tüfəngdən atəş açaraq C.Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə istintaq davam edir

IRON MAX AZERBAIAN