Azad Media Susdurula Bilməz!
“Nikosayağı” məhkəmədə
GÜNDƏM

“Nikosayağı” məhkəmədə

Bir müddət əvvəl ağır qəza tördərək dostunun ölümünə səbəb olan bloger "Nikosayağı"nın məhkəməsi keçirilir. 

Məlumata görə, "Nikosayağı" artıq məhkəməyə gətirilib. Onun məhkəməsindən ilk foto da yayılıb.

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

"BakuFakt.az"

IRON MAX AZERBAIAN