Azad Media Susdurula Bilməz!
Həyat yoldaşı və sevgilisi tərəfindən döyülən həkimlə bağlı ŞOK
GÜNDƏM

Həyat yoldaşı və sevgilisi tərəfindən döyülən həkimlə bağlı ŞOK

Həyat yoldaşı, həkim-onkoloq İbrahim Əsədli və onun sevgilisi tərəfindən döyüldüyünə dai xəbər yayılan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Aynur Əsədlinin üç il öncə çalışdığı xəstəxanada intihara cəhd edib. 

Məlumata görə,  2021-ci ilin oktyabr ayında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant kimi çalışan Əsədli Aynur Azad qızı qayçı ilə özünü doğrayaraq intihara cəhd etdiyinə dair mətbuada məlumatlar yayılıb. Həkim yoldaşları intihara mane olublar. İntihara səbəb kimi institutun ozamankı direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın mətbuatda çıxış edərək onu dələduz adlandırması böhtanlarından bezməsi göstərilib.

Aynur Əsədlinin iddiasına görə, koronavirus xəstəliyinin kəskin yayıldığı vaxtlarda vaksinasiyaya gedən zaman işdə olmadığı müddətdə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs şöbə müdiri Nuriyyə Səlimova olsa da, günahı onun üzərinə atıblar. Baş vermiş hadisə ilə bağlı vaxtilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan mətbuata açıqlama verilib ki, Aynur Əsədli əmək vəzifəsini icra etmədiyinə görə ondan izahat istənilib və o da bununla razılaşmayıb, etik normalara zidd davranış nümayiş etdirib. Aynur Əsədli ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ozamankı direktoru və şöbə müdiri arasında dəfələrlə məhkəmə çəkişməsi də olub. 

Məhkəmə Aynur Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimovaya Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət verilib. 

Xatırladaq ki, son məlumata görə, həkim-onkoloq İbrahim Əsədli sevgilisi ilə birgə öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə “Loğmed” klinikasının qarşısında baş verib. İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib. Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. 

"BakuFakt.az"

IRON MAX AZERBAIAN