Yeni nazir kimdir? - Keçmiş rektor olub - DOSYE
Xəbər verildyi kimi, Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Yeni nazin dosyesini təqdim edirik.
1979: Bakı şəhərində anadan olub.
2000: Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib.
2002: Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.
2003: “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
2009: Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.
2016: Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007: Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2015-2017: “Azərbaycan” Universitetinin rektoru olub.
2017-2020: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021: Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.
2022: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
"BakuFakt.az"