Azad Media Susdurula Bilməz!
Rəsmi xəbəri verilən “Blogger” görün nə etdi - VİDEO
GÜNDƏM

Rəsmi xəbəri verilən “Blogger” görün nə etdi - VİDEO

"Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın sürücü, videogörüntüsü media tərəfindən ictimailəşdikdən sonra saxlanıldı.

Məsələ burasındadır ki,  “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün barəsində müvafiq sənədləşmə aparılmışdı.

Amma görünür qanunun Aliliyinə əhəmiyyət verməyən bu xanımın niyyəti  "burada mənəm, Bağdada kor xəlifə" idealogiyası ilə Azərbaycan hüquq-mühafizə orqanlarının işinə kölgə salmaqdır.

Barəsindəki qərara dırnaqarası yanaşma sərgiləyən bloger haqqında məlumat yayan səhifələrə kiber hücumlar təşkil etməklə hədə-qorxu gəlir.
"Dayday"ının kimliyi bəlli olmasa da, qanunun əksinə iş çevirdiyi bəs-bəllidir.

Yəqin qanunun şah, qanun pozanın isə sonda mat olduğunu unudub. Unudubsa xatırlatmaq bizim işimizdir.

Hətta Cənab Prezidentin belə hər çıxışında özünü xalqın xidmətçisi adlandırması, məmurlara bununla bağlı sərt xəbərdarlıq etməsi, görünür bu qəbildən olan insanlara təsir etməyib.

Bu ölkədə nəinki hansısa bloger, heç onların yüksək çinli havadarları belə qanuna qarşı çıxa bilməz!

Bakufakt.az olaraq Daxili işlər naziri Vilayət Eyvazov Cənablarından məlum məsələni diqqətdə saxlamasını və hadisəyə düzgün hüquqi qiymətin verilməsini xahiş edirik.
  
Onu da xatırladaq ki, məlum hadisədən sonra BDYPİ bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək, onları reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməməyə çağırıb. Xüsusilə  belə şəxslər barəsində ciddi tənbeh tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq da edib.

 

Daxili işlər naziri  general Palkovnik Vilayət Eyvazov cənablarına media nümayəndələri tərəfindən kollektiv

müraciət. 

 

ŞİKAYƏT ƏRİZƏSİ

Yazıb sizə bildiririk ki, internet ehtiyat resurslarında  bizə məxsus olan   sosial şəbəkə hesablarımızda  19 fevral 2024-cü il tarixdə “”Range Rover” markalı, 77 ES 777 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı – Quba yolunda hərəkət sürətini aşmaqla inzibati xəta törətməsi barədə xəbər paylaşmışıq. Qeyd olunan xəbəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş rəsmi məlumat əsasında olmuşdur. Paylaşımdan 1 gün sonra, internet ehtiyat resursları (sayt, youtube,teleqram, instaqram) sosial şəbəkələrimizdə idarə etdiyimiz platforma səhifələrinə çoxsaylı  kiber hücumlar təşkil olmuşdur. Belə ki, ilkin olan yuxarıda qeyd olunan paylaşıma saxta şikayət vurulmuş, daha sonra isə muğənni Aysun İsmayılova, muğənni Nuşabə Musayeva, muğənni Aynur Nəbiyeva və model Razi Əliyeva adlarından saxta şikayətlər atılmışdır. Həmin şəxslərin özləri ilə əlaqə saxladıqda isə məlumatları olmadığı, həmçinin şikayət göndərilən mail adresslərinin da onlar aid olmadığı məlum olmuşdur. Kiber hücumların təşkil olunması mənbəsi araşdırmamız zamanı məlum olmuşdur ki, Range Rover  "77 ES 777" qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Əsmət Axunzadədir.

IRON MAX AZERBAIAN