GÜNDƏM
Bakıda dəhşət:Məktəbin qarşısında qadını vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“BakuFakt.az” xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında baş verib.
1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi "Mercedes 190" markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb.
“BakuFakt.az”