Qadın özünü ərinin bu əməlinə görə öldürübmüş...
Bu ilin oktyabrında 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Neftçala Rayon Prokurorluğundan "BakuFakt.az"-a verilən məlumata görə, istintaqla Aydın Xəlilovun arvadı Qızqayıd Xəlilovaya qarşı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Aydın Xəlilova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Neftçala rayon məhkəməsinə göndərilib.
"BakuFakt.az"