GÜNDƏM
Cəlilabadda oğurluq hadisəsi
Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxsin oğurluğu qohumları ilə birlikdə etdiyi müəyyən edilib.
Belə ki, Cəlilabad rayon sakini polisə müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib. Oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədovla Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Onların oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.