GÜNDƏM
"Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu" - Gələcəyə baxış
13 dekabrda Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: Gələcəyə baxış" konfransı öz işinə başlayıb.
"BakuFakt.az" xəbər verir ki, tədbirdə “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri”, “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər” mövzularında panel müzakirələr baş tutub.
"BakuFakt.az"