Azad Media Susdurula Bilməz!
Polisə daş atarkən həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
GÜNDƏM

Polisə daş atarkən həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Sabirabadda polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə Cebhe.info-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 26-da Sabirabad rayonunun Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla həmin kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN