GÜNDƏM
“Vətənə xidmətə görə” və “Şöhrət” ordeni alan idmançılar - SİYAHI
Məlum olduğu kimi, dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında bir sıra idmançılara, məşqçilərə və idman xadimlərinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən mükafatlar təqdim edilib.
Belə ki, Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Tokio Paralimpiya Oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər.