Arvadını döyərək bıçaqlayan qısqanc ərlə bağlı QƏRAR
Şəki Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Mədəd Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mədəd Əsgərov iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, hadisə 18 yanvar 2023-cü il tarixdə, səhər saat 09 radələrində Balakən rayonunun Hənifə kəndində qeydə alınıb. Belə ki, M.Əsgərov yaşadığı evdə zərərçəkmiş, həyat yoldaşı Qəmər Əsgərova ilə qısqanclıq zəminində mübahisə edib. Bu zamanı o, arvadının üz nahiyəsinə qəsdən bir dəfə başı ilə zərbə vurub. Nəticədə qadının üst dodağı yarılıb, beyin silkələnməsi yaşayıb və sağ göz qapağında şişkinlik əmələ gəlib. Daha sonra M.Əsgərov otaqdakı masanın üzərindən bıçaq götürüb və Qəmərə dörd zərbə endirərək, ümumilikdə qadına səkkiz dəfə xəsarət yetirib.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az