Azad Media Susdurula Bilməz!
Arvad ərini niyə öldürüb?-Üç ay əvvəl ailə qurubmuş
GÜNDƏM

Arvad ərini niyə öldürüb?-Üç ay əvvəl ailə qurubmuş

Sumqayıtda kişinin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Qətlə yetirilən Ağahüseyn İmanov həyat yoldaşı Əfsanə Məmmədova ilə üç ay əvvəl ailə həyatı qurubmuş.

Mərhumun qonşularının sözlərinə görə, A.İmanov əvvəllər məhkumluq həyatı yaşayıb.

Onlar bildiriblər ki, cütlük ailə həyatı qurandan bu günə qədər aralarında hər hansı söz-söhbət mövcud olmayıb: “O, evin tək uşağı olub. Valideynlərini erkən yaşda itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kababçı kimi işləyirdi”.

Qeyd edək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN