Azad Media Susdurula Bilməz!
İntihara cəhd edən həkim müdirindən yenidən şikayətçidir
GÜNDƏM

İntihara cəhd edən həkim müdirindən yenidən şikayətçidir

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədlinin institutun kliniki-diaqnostika laboratoriyasının müdiri Nuriyyə Səlimova barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə çəkişməsi davam edir.

Məlumata görə, A.Əsədli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 8-nə təyin edilib.

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə A.Əsədli laboratoriya müdirinin Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, laboratoriya müdiri mətbuatda çıxış edərək onu dələduz adlandırıb. N.Səlimova isə ittihamları rədd edib. O, özü barəsində böhtan xarakterli məlumatların yayıldığını deyib. Məhkəmə Aynur Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimovaya Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət verilib.

Xatırladaq ki, bir müddət əvvəl Aynur Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qayçı ilə özünə xəsarətlər yetirərək intihara cəhd etmişdi.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN