GÜNDƏM
17 yaşlı oğlan ürəyindən bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində çayxanaların birində qeydə alınıb.
2006-cı il təvəllüdlü Əli Sarıyev ürək nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az