Qiyamçı Surət Hüseynovun təyyarədə ölüm xəbəri yayıldı - YENİLƏNİB
Sürət Hüseynov komaya düşüb.
Bu barədə sabiq baş nazirin yaxınları məlumat verib.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
15.02
****
Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov vəfat edib.
Bu barədə Qaynarinfo-ya onun yaxınları bildirib.
Məlumata görə, o. Moldovadan İstanbula uçarkən təyyarədə dünyasını dəyişib. Onun səhhətində problem olduğu və müalicəyə getdiyi bildirilir.
Qeyd edək ki, Sürət Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az