Azad Media Susdurula Bilməz!
Qardaş üç uşaq anası olan bacısını niyə qətlə yetirdi? - SƏBƏB
GÜNDƏM

Qardaş üç uşaq anası olan bacısını niyə qətlə yetirdi? - SƏBƏB

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şaiq Şərifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 04 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, evli olan, 3 uşaq anası, 1995-ci il təvəllüdü Qənirə Şərifova həyat yoldaşından boşanmaq istədiyini bildirib. Lakin 1992-ci il təvəllüdlü Şaiq Şərifov bacısının boşanmasına razı olmadığını, ona ailəsini dağıtmaması, 3 uşağının həyatını düşünməsi və ailələrini kənddə tənə ilə söz yeri etməməsini söyləyib. Qənirə Şərifova isə israrla boşanacağını deyərək ayrı yaşayacağını qeyd edib və qardaşı ilə mübahisə etməyə başlayıb. Qadın qardaşının onun boşanmasına qarşı çıxmasından hiddətlənərək, əlində olan mətbəx bıçağı ilə 2 dəfə qarın nahiyəsinə zərbə vurub. Həmin vaxt Şaiq bacısı Qənirə Şərifovanın özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə onun üzərinə gedərək əlindəki bıçağı almağa cəhd göstərib. Amma qadın müqavimət göstərməsi səbəbindən qarşılıqlı mübarizə zamanı ona fiziki zor tətbiq edərək alın nahiyəsinə yumruq zərbəsi endirib. Daha sonra qardaşı Qənirənin əlindən bıçağı alıb bacısına bir neçə zərbə endirərək onu öldürüb.

Hadisədən sonra Şaiq polisə gedərək könüllü təslim olub.

O, məhkəmədə ifadə verən zaman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN