Azad Media Susdurula Bilməz!
Sevgilisinin keçmiş həyat yoldaşının qulağını kəsən şəxsə HÖKM OXUNDU
GÜNDƏM

Sevgilisinin keçmiş həyat yoldaşının qulağını kəsən şəxsə HÖKM OXUNDU

Abşeron Rayon Məhkəməsində sevgilisinin keçmiş həyat yoldaşını döyməkdə təqsirləndirilən Habil Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 11 ay 26 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, hadisə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray” MTK-nın yeni inşa edilmiş binasının zirzəmisində qeydə alınıb.

Belə ki, Habil Həsənov qeyri-rəsmi ər-arvad münasibətində olan Səma Əliyevanın (şərti) evində olarkən qadının keçmiş həyat yoldaşı, zərərçəkmiş Raqif Məmmədov (şərti) gecə vaxtı qapını döyüb. Bu zaman onların arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər liftlə binanın zirzəmisinə eniblər.

Zirzəmidə Habil əli ilə Raqifin sifətinə və ayağı ilə xaya nahiyəsinə bir neçə dəfə zərbə endirib. O, sonra isə üzərində olan cib bıçağı ilə Raqifin sol qulağına və sol əlinə vurub.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

Sevgilisinin keçmiş həyat yoldaşının qulağını kəsən şəxsə HÖKM OXUNDU

Sevgilisinin keçmiş həyat yoldaşının qulağını kəsən şəxsə HÖKM OXUNDU

IRON MAX AZERBAIAN