Azad Media Susdurula Bilməz!
Evə oğurluğa girmişdi, qadınla üzbəüz gəldi:Linglə vuraraq öldürdü
GÜNDƏM

Evə oğurluğa girmişdi, qadınla üzbəüz gəldi:Linglə vuraraq öldürdü

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda bir neçə il əvvəl qətl törətməkdə təqsirləndirilən Şəhriyar Tapdıqovun cinayət işi məlumata görə, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd: 4 sentyabr 2020-ci ildə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 2 aprel 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızı yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilib. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilib. Zərərçəkmişin həmkəndlisi 5 may 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 4 sentyabr 2020-ci ildə Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

9 yanvar 2022-ci ildə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulub. Sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.

İttihama görə, Ş. Tapdıqov A. Şəmmədovanın evinə oğurluğa girib. Bu zaman onlar üzbəüz gəliblər. Qadın onu tanıdığı üçün qışqırıb. Daha sonra Şəhriyar onu qəsdən öldürmək qərarına gəlib. O, bu məqsədlə Aidənin sifət nahiyəsinə sağ əli ilə yumruq vurub səs-küy salmasının qarşısını alıb, arxa tərəfinə keçib qolları və boynundan tutub. Şəhriyar qadını özünə tərəf sıxıb itələməklə üzüstə yerə yıxıb. O, Aidənin ayağa qalxmaq istədiyini görüb baş nahiyəsinə təpiklə vurub, evə giriş qapısının yanından götürdüyü dəmir linglə (lom) yerdə uzanıqlı vəziyyətdə qalan qadının baş nahiyəsinin arxa hissəsinə ən azı dörd dəfə qəsdən zərbələr endirib. Nəticədə o, Aidəni qətlə yetirib.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN