GÜNDƏM
Qaradağ sakini: “12 yaşlı oğlumu qorxudub, 2350 manat alıb”
Qaradağ rayonunda oğluna hədə-qorxu gəlindiyini bildirən şəxs polisə müraciət edib.
Məlumata görə, Müşfiqabad qəsəbə sakini G.Əliyev bildirib ki, Zaur adlı şəxs onun 2011-ci il təvəllüdlü oğluna hədə-qorxu gəlib. Bu yolla Zaurun oğlundan 2 350 manat aldığını bildirən şəxs onun müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş edib. O, hadisənin iyunun 26-da baş verdiyini, oğlunun qorxduğu üçün evdən götürdüyü 2 350 manat pulu həmin şəxsə verdiyini deyib.
Müraciətlə bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az