Azad Media Susdurula Bilməz!
49 yaşlı kişinin dörd nəfəri baltalamasının TƏFƏRRÜATI
GÜNDƏM

49 yaşlı kişinin dörd nəfəri baltalamasının TƏFƏRRÜATI

Abşeron rayonunun Digah qəsəbəsində ağır cinayət törədilib. 

Məlumata görə, 2 nəfər qətlə yetirilib.

İddialara görə, 1974-cü il təvəllüdlü Sərxan Həşimov adlı şəxs əmisi, 61 yaşlı Hicran Həşimovun həyətindən dəmir boruları icazəsiz götürüb satdığı üçün danlanıb. Əmisinin tənbehinə dözməyən Sərxan qisas almaq fikrinə düşüb. O, əvvəlcə yatılı vəziyyətə olan əmisinə balta ilə xəsarətlər yetirib.

Daha sonra Sərxan Həşimov əmisinin həyat yoldaşı, 1966-cı il təvəllüdlü Zümrüd Haşımova və əmisi qızı, 1981-ci il təvəllüdlü Xəyalə Kərimovaya da balta ilə xəsarətlər yetirib. Onların hər ikisi xəstəxanaya aparılıb. Zümrüd Haşımova tibb məntəqəsində dünyasını dəyişib.

Sərxan Həşimov daha sonra polisə gedərək təslim olmaq istəyib. Bu zaman əlində balta, paltarında isə qan ləkələrinin olduğunu görən və nə baş verdiyini soruşan tanışı Ələsgər Hüseynovu da baltalayıb. Həmin şəxs də xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, Sərxan Həşimovun əmisi də aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN