Azad Media Susdurula Bilməz!
Zəlzələ ilə bağlı təcili yardıma neçə nəfər müraciət edib? - RƏSMİ
GÜNDƏM

Zəlzələ ilə bağlı təcili yardıma neçə nəfər müraciət edib? - RƏSMİ

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Məlumatda qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə edilib:

"Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN