Azad Media Susdurula Bilməz!
Ərlə arvad arasında qanlı mübahisə: 10 gün əvvəl barışıblarmış
GÜNDƏM

Ərlə arvad arasında qanlı mübahisə: 10 gün əvvəl barışıblarmış

Gəncədə kişinin arvadını, sonra özünü bıçaqlamasının təfərrüatı məlum olub. 

Belə ki, şəhərin Sevinc qəsəbəsində baş verən hadisə zamanı 34 yaşlı Ramin İmanov həyat yoldaşı 35 yaşlı Şəhla Bayramovaya 12 bıçaq zərbəsi vurub. 

Bundan sonra R.İmanov özünə xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, cütlük bir il əvvəl boşanıb.

Onlar təxminən 10 gün bundan qabaq yenidən barışıb. Ailənin üç azyaşlı övladı var.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

BakuFakt.az

IRON MAX AZERBAIAN