Azad Media Susdurula Bilməz!
 Ev sakinlərini öldürüb evi yandıran şəxs saxlanıldı
GÜNDƏM

Ev sakinlərini öldürüb evi yandıran şəxs saxlanıldı

Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən BakuFakt.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb. 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib. 

BakuFakt.az

IRON MAX AZERBAIAN