Azad Media Susdurula Bilməz!
Restoran sahibindən 100 min tələb edən reketlər tutuldu
GÜNDƏM

Restoran sahibindən 100 min tələb edən reketlər tutuldu

Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat tələb edən və onun avtomobilini qəsdən yandıran şəxslər saxlanılıblar.

BakuFakt.az DİN-ə istinadla xəbər verir ki, onlar paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibini hədəfə alıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat tələb edib.

Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər.

Saxlanılan şəxslər barəsində 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BakuFakt.az

IRON MAX AZERBAIAN