GÜNDƏM
Sərxoş kişi yıxılaraq ölüb
Oğuzda kişi yıxılaraq ölüb.
Oğuz şəhər sakini, 1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs səhəri gün ailə üzvləri tərəfindən Şəkidə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
BakuFakt.az