Naxçıvanda 17 yaşlı qızı öldürənin kimliyi bilindi
Naxçıvanda 17 yaşlı qızı qətlə yetirmiş şəxs tutulub.
BakuFakt.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 18-də Muxtar Respublikasının Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb:
“Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir”.
BakuFakt.az