Azərbaycanda internet kəsilə bilər? - RƏSMİ AÇIQLAMA
Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər bu ölkənin internet şəbəkəsinə də aid edilə bilər. Bu isə interneti Rusiya üzərindən əldə edən ölkələrdən biri olan Azərbaycanın internet təminatını gündəmə gətirir.
Bu ölkəyə internetlə bağlı sanksiya tətbiq edilərsə, onun Azərbaycana təsirləri nə ola bilər?
Bakufakt.az Oxu.az saytına istinadən xəbər verir ki, bu barədə Xəzər TV reportaj hazırlayıb.
Nəzərə alsaq ki, Azərbaycan da internetin bir qismini bu ölkədən alır onda Azərbaycanda internet təminatında ciddi problemlər meydana çıxa bilərmi?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlinin müşaviri Rəşad Bayramov "XəzərXəbər"ə açıqlama verib.
Onun sözlərinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar informasiya texnologiyaları sahəsini də əhatə edir. Bu isə öz növbəsində internet üçün riskləri artırır. Nazirin müşaviri Azərbaycanın internet təminatı ilə bağlı son vəziyyəti də açıqlayıb.
Müşavirin sözlərinə görə ölkəmizə internet magistralları üç istiqamətdən gəlir. Şimal istiqamət Rusiya ərazisi, cənub istiqamət İran və Türkiyə, qərb istiqamətdə isə Gürcüstan, Türkiyə, Bolqarıstan və Almaniyadan keçməklə. Bunların hər biri ölkəmizi avropa internet magistralı ilə birləşdirir.
Qeyd edək ki, Ukraynaya işğalçı hücumdan sonra dünya ölkələri və beynəlxalq təşkilatlar Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edir. Bunların arasına internet şəbəkəsinin kəsilməsi də daxil ola bilər. Buna görə də əsas internet xəttini bu ölkə üzərindən əldə edən ölkələrdə internet təminatında ciddi problemlərin olacağı qaçılmazdır.