GÜNDƏM
Ermənistan ordusuna məxsus post darmadağın edildi
Xəbər verdiyimiz kimi, dünən Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.
BakuFakt.az xəbər verir ki, DSX Ermənistan ordusuna qarşı cavab tədbirləri görüb.
Məlumata görə, cavab tədbirləri nəticəsində ermənilərə məxsus post darmadağın edilib.
BakuFakt.az