Azad Media Susdurula Bilməz!
DSX-nin kursantını vurub öldürən sürücü həbs edildi
GÜNDƏM

DSX-nin kursantını vurub öldürən sürücü həbs edildi

Qəbələ Rayon Məhkəməsində bu ilin fevralın 13-ü rayonun Uludaş kəndində ağır yol qəzası törətmiş sürücünün məhkəməsi başa çatıb.

İdarə etdiyi “QAZ-3102” markalı avtomobillə 2003-cü il təvəllüdlü Laçın Mahmudovu vurub öldürən 1982-ci il təvəllüdlü Ramiz Qəmbərova hökm oxunub.

O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilinib.

R.Qəmbərova 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

qəzada həyatını itirən L.Mahmudov Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı olub. Hadisə o, məzuniyyətdə olarkən baş verib.

Rayonun Bum qəsəbə sakini olan Laçının atası Tərlan Mahmudov bildirib ki, qəzadan əvvəl oğlu ona saçını kəsdirmək üçün bərbərə gedəcəyini deyib və bir qədər sonra oğlunu maşın vurması barədə xəbər alıb. O, sürücünün qəza yerindən qaçdığını, oğluna kömək etmədiyini bildirərək R.Qəmbərovdan şikayətçi olduğunu, onu bağışlamayacağını deyib.

Ramiz Qəmbərov isə ifadəsində hadisəyə həmin vaxt qarşıdan gələn avtomobilin uzaqvuran işıqları yandırması səbəbindən yolu yaxşı görə bilməməsinin səbəb olduğunu deyib.

BakuFakt.az

IRON MAX AZERBAIAN