Azad Media Susdurula Bilməz!
Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü
GÜNDƏM

Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü

Bakufakt.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. Novruz Orucovun idarə etdiyi "Mercedes” və İ.Hümbətovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.
 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən "Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

IRON MAX AZERBAIAN