GÜNDƏM
Gənc oğlan özünü yandırıb
Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.
Hadisə dünən gecə saatlarında Şahbuz yolunda qeydə alınıb.
Belə ki, Şahbuz rayon Şahbuzkənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Sahil Talıb oğlu özünü yandırıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
BakuFakt.az