Azad Media Susdurula Bilməz!
Usta işlədiyi sexdə özünü asıb
GÜNDƏM

Usta işlədiyi sexdə özünü asıb

Lənkəranda 37 yaşlı kişi iş yerində özünü asıb.

Hadisə səhər saatlarında şəhərdəki emalatxanada qeydə alınıb. Lənkəran rayonunun Göyşaban kənd sakini 1986 - cı il təvəllüdlü Elmar Elşad oğlu Ağayev işlədiyi məişət avadanlıqlarının təmiri sexinə gəlib və sexdə özünü asaraq intihar edib. İş yerinə gələn işçilər, hadisəni görüb aidiyyəti orqanlara məlumat veriblər. Rayon hüquq mühafizə orqanlarının əməkdaşları olay yerinə gəlib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, E.Ağayev intihar edib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Qeyd edək ki, E.Ağayev usta kimi kondisioner və paltaryuyan maşınların hissələrinin satışı , eləcə də təmiri ilə məşğul idi. Onun intihar etməsinin dəqiq səbəbləri bilinməsə də, deyilənə görə çoxlu borcu olub.

Faktla bağlı araşdırma aparılır.

BakuFakt.az

IRON MAX AZERBAIAN