İsrailin Xarici işlər naziri və Bakıdakı səfir çox isti münasibətlə qarşılandılar
İsrailin xarici işlər naziri Bakıda çox isti münasibətlə qarşılandılar
Bu gün Bakıda İsrailin xarici işlər naziri- Eli Koenin və İsrailin Azərbaycandakı səfiri -Corc Dikin qarşılanma mərasimi baş tutmuşdur. Bundan sonra Xarici İşlər Nazirinin və eləcə də səfirin şərəfinə Bakıda təntənəli şam yeməyi tədbiri təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov başda olmaqla yanaşı Azərbaycanın bir çox tanınmış simaları iştirak etmişdir. Həmçinin, bu tədbirdə İsrailin " Şah- Dağ" təşkilatının Azərbaycan üzrə bu günlərdə təsdiq olunmuş nümayəndəsi, beynəlxalq hüquq eksperti, Alyans Zalov İmza Tevenin rəhbəri İsmayıl Zalov da iştirak etmişdir. Səmimi, həm də işgüzar şəraitdə baş tutan tədbirdə maraqlı söhbətlər olmuşdur. Həmin tədbirdə, həmçinin, xatirə şəkilləri də çəkilmişdir. Fotolor mətnə əlavə edilir.