Azad Media Susdurula Bilməz!
42 ağac qanunsuz kəsildi: 36 min manatlıq ziyan...
GÜNDƏM

42 ağac qanunsuz kəsildi: 36 min manatlıq ziyan...

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Xaçmaz, Bərdə və Bakı şəhərinin Suraxanı rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 42 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 36 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

IRON MAX AZERBAIAN