Azad Media Susdurula Bilməz!
Metroda qatarların hərəkət qrafiki dəyişdirildi
GÜNDƏM

Metroda qatarların hərəkət qrafiki dəyişdirildi

Pandemiyadan əvvəlki dövrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etdiyi dövrdə Bakı metropolitenində qatarların Qırmızı və Yaşıl xətlər üzrə (mǝkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı-Xətai" mənzili istisna olmaqla) hərəkət qrafikində növbəti optimallaşdırma aparılıb.

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

Məlumata görə, bu məqsədlə 2022-ci il sentyabr ayının 14-dən tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlərin nəticəsi xüsusi araşdırılaraq təhlil olunub. Qeyd edək ki, monitorinqlər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və və digər sərnişindaşıma parametrləri üzrə aparılıb. bunun nəticəsi olaraq, metropolitendə sərnişin sıxlığı, hərəkət istiqamətləri, gediş-gəliş vaxtı nəzərə alınıb.

Nəticə etibarilə, Bakı metropolitenində sərnişin axını, cüzi istisnalar qalmaqla, pandemiyadan əvvəlki sonuncu ən çox sərnişin daşınmış 2019-cu ilin templərinə yaxınlaşmaqdadır. 2022-ci ilin payızından başlayaraq müxtəlif müəssisələrin, ələlxüsus təhsil ocaqlarının fəaliyyətində ənənəvi sabit tədris rejimi tətbiq edilir. Bu isə metropolitendǝ pandemiya dövründə tez-tez dəyişən sərnişin axını templərinin sabitləşməsinə təsir edib.

2023-cü ilin noyabr ayından başlayaraq fevral-mart aylarında sərnişin sayı və axının dövrü müntəzəmliyi günün saatlarına görə tam olaraq sabitləşib. Bu səbəbdən səhər və axşam gur saatlar da daxil olmaqla, qrafikə müvafiq düzəlişlərin edilməsi qərara alınıb.

Bunun nəticəsində əvvəllər sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat qismində "Nərimanov-Memar Əcəmi-Neftçilər-Memar Əcəmi” marşrutu üzrə xəttə buraxılan qatarlar artıq qrafik üzrə təyin olunmuş vaxtda müntəzəm marşrutla hərəkət edir. İş günləri ərzində gur saatlar səhər saat 07:00-10:00, axşam isə saat 17:00-20:00 müəyyən olunmaqla, iş günlərində qatarların "Həzi Aslanov-28 May" sahəsində intervalı, müntəzəm qaydada olmaqla, 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı metropoliteni xətlərinin texniki minimal intervallardır.

IRON MAX AZERBAIAN