Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına təşəkkür.
Xəbər verdiyimiz kimi, Tərtər rayonu Hərbi Məhkəməsinin sədri İlqar Quliyevın oğlu Məzahir Quliyev çoxsaylı vətəndaşın şikayəti əsasinda Gəncə Şəhəri Baş Polis İdarəsinin cinayət -axtarış şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində şübhəli şəxs qismində saxlanlıb. Bu, Quliyev Məzahir İlqar oğlunun qanunsuz əməllərindən əziyyət çəkən çox sayda vətəndaşın , Daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciətindən sonra mümkün olub. Belə ki, Quliyev Məzahir İlqar oğlu müxtəlif dövrlərdə müxtəlif adlar altında vətəndaşlardan aldığı vəsaiti geri ödəməkdən imtina pulu mənimsəyib.
Şikayətçilərin birgə müraciətindən sonra məmur oğlu barədə qəti tədbir görülüb.
Vətəndaşların müraciətinə qısa müddət ərzində reaksiya verərək qanunun aliliyini təmin etmək üçün lazımi bütün tapşırıqları verən Daxili işlər naziri Vilayət Eyvazova cənablarlna eləcə də Gəncə Şəhəri Polis idarəsinin rəhbər və şəxsi heyyətinə təşəkkürümüzü bildiririk. Məhz bu qəti mövqe təkcə ədalətin bərpa olunması, vətəndaşlara dəyən ziyanın ödənilməsi baxımından deyil, həm də qanunun aliliyinə, hüquq-mühafizə orqanlarının peşəkarlığına olan inamı artırır.
Ümid edirik ki, vətəndaşların külli miqdarda vəsaitini qanunsuz yollarla mənimsəyən, onlara hədə-qorxu gələn və atasının yüksək vəzifəsindən istifadə etməyə çalışan şəxsin əməllərinə hüquqi qiymət veriləcək.
Bakufakt.az