Azad Media Susdurula Bilməz!
Səlim Müslümov dövlətə nə qədər ödəyib?
GÜNDƏM

Səlim Müslümov dövlətə nə qədər ödəyib?

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Səlim Müslümovun vəkilləri vəsatət qaldırıblar.

Vəkillər cinayət işində ayrıca araşdırılan israfetmə epizodu üzrə dəymiş ziyanın ödənişi ilə bağlı hazırkı vəziyyəti öyrənmək üçün istintaq orqanına sorğu verilməsini xahiş ediblər.

Hakim qeyd edib ki, cinayət işində adı keçən şirkət rəhbərləri və digər vəzifəli şəxslər tərəfindən mənimsənilən pulların nə qədərinin ödənilməsi ilə bağlı məsələ dəqiqləşməlidir. Bildirib ki, hazırda cinayət işi ilə bağlı ayrıca araşdırılan israfetmə epizodu üzrə məsuliyyətə cəlb edilənlərin dairəsi müəyyənləşdirilir.

Vəsatət təmin olunub.

İş üzrə növbəti proses aprelin 17-nə təyin edilib.

IRON MAX AZERBAIAN