Azad Media Susdurula Bilməz!
Fazil Mustafaya kimin atəş açdığı bilindi
GÜNDƏM

Fazil Mustafaya kimin atəş açdığı bilindi

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından 3 nəfərin adı məlum olub.

Bununla bağlı Teleqram kanallarında foto paylaşılıb.

Qeyd edilib ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib.

Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub.

Digər köməkçisi Emin Rafiq oğlu Əliyarovdur. O, 1970-ci ildə Bakı şəhərində anadan olub. 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.

Silahlı hücumla bağlı saxlanılan daha bir şəxs İlkin Süleymanovdur. O, Xocəsəndə saxlanılıb.

Qeyd edək ki, dünən verilən rəsmi açıqlamaya görə, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda onlar DTX-da dindirilir.

IRON MAX AZERBAIAN