Azad Media Susdurula Bilməz!
Hacıqabulda qanunsuz ov edən dəstə saxlanıldı
GÜNDƏM

Hacıqabulda qanunsuz ov edən dəstə saxlanıldı

Hacıqabulun Meyniman kəndində müvafiq icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O. Nağıyev və T. Nağıyev, Bakı şəhər sakinləri O. Mirzəyev və A. Əsədov, Tovuz rayon sakini İ. Nağıyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları həmin şəxslərdən 2 ədəd ov silahı, 23 ədəd patron və qanunsuz olaraq ovlanmış 3 ədəd çöl ördəyi aşkarlayaraq götürüb.

Hazırda faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

IRON MAX AZERBAIAN