GÜNDƏM
Naxçıvan daxili işlər naziri vətəndaşları qəbul etdi
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar resbublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, bütün müraciətlər diqqətlə yoxlanılıb, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülüb.
Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.
Həmçinin, elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcəkdir.