Bakufakt MMC Xəbər Portalının Nizamnaməsi.
Bakufakt MMC fəaliyyətinin əsas məqsədi Vətəndaşlara psixoloji, hüquqi, tibbi dəstək olmaq, şəhərdə və reqionlarda yaşayan qadınların özlərinə inam yaratmaq, maarifləndirmə işlərinin aparılması, cəmiyyətə inteqrasiya olmalarında dəstək göstərməkdir.
Vətəndaşlara mədəni tədbirlərdə (teatr,sərgilər,ekskursiyaların təşkili) iştirakını təmin etməli;
Mədəniyyət, iqtisadiyyat, azad informasiya sahələrində dəyərlərin təşviq edilməsi;
Gender bərabərliyinin təmin edilməsi;
Qanunun aliliyinin təmin edilməsi, dövlət hakimiyyətinin demokratik prinsiplərə uyğun formalaşdırılmasına yardım göstərilməsi;
Azərbaycanda iqtisadi və ictimai inkişafı, habelə bununla bağlı islahatları dəstəkləmək və yardım göstərmək;
Gənclərin təhsilinə və ixtisas artımasına, cəmiyyətin siyasi maariflənməsinə dəstək vermək.
Gender bərabərliyinin təmin edilməsi sahəsində müxtəlif maarifləndirici tədbirlər təşkil etmək;
Vətəndaşların peşə və ixtisasının artırılması, onların müxtəlif sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək;
Qadınlarının, uşaqların, qaçqın və məcburi köçkünlərin, müxtəlif aztəminatlı əhali qruplarının problemlərinin həlli üçün işçi qruplar yaratmaq, sorğular keçirmək, təhlillər aparmaq;
Qanunvericiliyin təkmilləşdirilməsi, qanun və digər normativ hüquqi aktların, beynəlxalq konvensiyaların ictimai müzakirəsini təşkil etmək, onların icrasının monitorinqini aparmaq;
Müxtəlif seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmək;
Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etmək;
Vətəndaşlar, uşaqlar və yeniyetmə gənclər arasında maarifləndirmə işlərinin aparılmasını təmin etmək.