Azad Media Susdurula Bilməz!
BİABIRÇILIQ❗ 212 saylı orta məktəbin 11 yaşlı şagirdi orta yaşlı kişi tərəfindən cinsi qısnamaya məruz qalıb
GÜNDƏM

BİABIRÇILIQ❗ 212 saylı orta məktəbin 11 yaşlı şagirdi orta yaşlı kişi tərəfindən cinsi qısnamaya məruz qalıb



"Naməlum şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə divardan asılmış məlumat lövhəsinin qarşısına apararaq onunla söhbəti orada davam etdirib. Yaxınlıqda heç kimin olmadığını gördükdən sonra isə qızımın yaxasını açaraq, onu cinsi qısnamaya məruz qoyub. Videodan aydın şəkildə görünür ki, məktəbin nəzarətçisi həmin şəxsin kim olduğunu, məktəbə niyə daxil olduğunu soruşmur və bütün olanları kənardan izləyir.

Mən yolda olanda həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı mənə zəng edib, tez özünü məktəbə çatdır. Mən, məktəbə çatan vaxt həmin şəxsi tutdum və polisə təhvil verməyi düşündüm. Bu zaman, ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı və o qaçıb getdi" - deyə qızın atası bildirib.

DİN isə bildirib ki, məktəbin təhlükəsizlik kameraları yoxlanılıb və həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

IRON MAX AZERBAIAN