GÜNDƏM
Yasamalda boru partladı, asfaltın zay olduğu üzə çıxdı
Asfalt örtüyünün qalınlığı təxminən 20 sm-ə qədər olmalıdır. Amma biz asfaltın qalınlığının standartlara uyğun olmadığını görürük.
Bu sözləri Bakufakt.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Yasamalda baş verən qəza zamanı dağılan asfaltın görüntüləri haqda danışarkən deyib.
“Azərbaycanda salınmış bir çox arxa küçələrdə, məhəllədaxili yollarda asfaltı sadəcə bəzək üçün çəkirlər.
Özbaşınalıq edir, görüntü yaratmaq xatirinə iş görürlər. Fəsadlar göz önündədir”, - E.Muradlı bildirib