Azad Media Susdurula Bilməz!
Bakıda yeni marşrut xətti açıldı: 60 qəpikdən
GÜNDƏM

Bakıda yeni marşrut xətti açıldı: 60 qəpikdən

Bakıda oktyabrın 27-dən yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.

Bakı Nəqliyyat Agentliyindən Bakufakt.az-a verilən məlumata görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb olunacaq. Xətt üzrə avtobuslar səhər saat 6:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN-dir. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq.

IRON MAX AZERBAIAN