GÜNDƏM
Rus müğənninin pulunu Bakıda oğurladılar
Rusiyalı məşhur müğənni Olqa Orlova Bakıda qarət olunub.
Bakufakt.az xəbər verir ki, bu barədə müğənni İnstaqram səhifəsində yazıb.
İtaliyaya Bakıdan uçmalı olduğunu deyən müğənni restoranda qarət olunduğunu bildirib:
“Biz nahar etdik, hesabı gətirdilər. Çantamı açıb gördüm ki, içində pul yoxdur. Qəpiyinə kimi bütün pulumuz oğrulanıb. Bu, böyük məbləğ idi".
Lakin çətinliklərə baxmayaraq, Orlova Bakını bəyəndiyini etiraf edib:
“Ancaq Bakı şəhəri gözəldir! “Blestyaşie” qrupunun qastrolundan bəri burada olmamışam. Və bu, 21 ildən çoxdur. İnsanlar heyrətamizdir".