Məktəbdə şagirdə zorakılıq edib videoya çəkdilər - Cinayət işi açıldı
Samux rayonunda orta məktəblərdən birində azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Rayonun kəndlərindən birində yerləşən təhsil müəssisəsində 9-cu sinif şagirdi öz həmcinsi olan 6-cı sinif şagirdinə qarşı bu tipli hərəkətlər edib. Həmin vaxt yaşca böyük olan şagirdin sinif yoldaşları baş vermiş hadisəni telefonla videoya çəkiblər. Görüntülər yayıldıqdan sonra hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına müraciət edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakufakt.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Məlumatla əlaqədar Polis Şöbəsində cinayət işi başlanıb, müvafiq ekspertiza təyin olunub, ekspertiza rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.
Gəncə-Samux Regional Təhsil İdarəsindən bildirilib ki, fakt üzrə araşdırma aparılır.