Siyəzəndə avtobusun aşması nəticəsində yaralananların SON VƏZİYYƏTİ
“Baş verən hadisə zamanı avtobusda 18 nəfər olub. Onlardan 12 nəfərə ilkin tibbi yardım edilib. Yaralılar arasında ağır xəsarət və ölümü halı qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır”.
Siyəzən rayonunda avtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Yaralananların siyahısı:
1) 1978-ci il təvəllüdlü Hüseynov Gülnarə Balağa qızı
2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı
3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı
4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı
5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı
6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı
7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı
8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı
9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı
10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.
Hadisə Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.