GÜNDƏM
Qubada səkkiz yaşlı uşaq antibiotikdən öldü
Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.
Hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.
Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.
Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb